Bref

Cookie-lər

 

Saytdan istifadəni asanlaşdırmaq üçün “cookie”-lərdən istifadə edirik. Cookie-lər saytımızdan istifadə etmək üçün zəruri olan, brauzeriniz tərəfindən müvəqqəti olaraq kompüterinizin sərt diskində saxlanılan kiçik məlumat vahidləridir. Cookie-lər özündə sizin haqqınızda heç bir şəxsi məlumat əks etdirmir və onlardan hər hansı fərdi istifadəçinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün istifadə edilə bilməz. Cookie adətən özündə xüsusi bir identifikator əks etdirir və bu, anonim (təsadüfən yaradılan) bir nömrə olur və sizin cihazınızda saxlanılır. Onların bəzilərinin müddəti siz saytdan çıxarkən bitir; digərləri isə uzun müddət kompüterinizin yaddaşında qalır. 

Cookie-lərin növləri

Birinci tərəf cookie-lər

Bu növ cookie-lər daxil olduğunuz saytlar tərəfindən yaradılır və onlar yalnız həmin sayt tərəfindən oxuna bilər.

Üçüncü tərəf cookie-lər

Bu növ cookie-lər digər təşkilatlar tərəfindən yaradılır və biz onlardan müxtəlif növ xidmətlər üçün istifadə edirik.  Məsələn, biz xarici təhlil xidmətlərindən istifadə edirik və bu təchizatçılar nəyin məşhur olduğu, nəyin isə məşhur olmadığı haqqında məlumat vermək üçün bizim adımızdan cookie-lər yaradırlar. Daxil olduğunuz saytda, həmçinin Youtube-dan götürülmüş videolar ola bilər, bu cür saytlar öz cookie-lərini yarada bilərlər.

Cookie-lərdən nə üçün  istifadə etməliyəm?

Henkel nə üçün cookie-lərdən istifadə edir?

Cookie-lərdə olan məlumatlar sizin üçün xidmətləri təkmilləşdirmək məqsədilə istifadə edilir, məsələn:

  • Xidmətin cihazınızı tanıma funksiyasını aktivləşdirməklə siz hər dəfə sayta daxil olduqda, məsələn, sayt üzrə forum və sorğu cədvəli doldurarkən eyni məlumatları bir neçə dəfə daxil etmək məcburiyyətində qalmayacaqsınız;
  • Video pleyerin düzgün şəkildə işləməsini təmin etmək;
  • Nə qədər insanın bu xidmətdən istifadə etdiyini müəyyənləşdirmək, həmin xidmətlərin istifadəsini asanlaşdırmaq və onların sürətini qoruyub saxlamaq üçün kifayət qədər imkan olduğundan əmin olmaq;

İnsanların onlayn xidmətimizin müxtəlif aspektlərindən hansı məqsədlərlə və necə istifadə etdiklərini başa düşmək və bununla da həmin xidmətləri daha da təkmilləşdirmək üçün anonim məlumatları təhlil etmək.

Qəbul etmədikdə nə baş verir?

Cookie-ləri qəbul etməkdən imtina etsəniz bu vebsaytın bəzi funksiyaları sizə göstərilməyə və ya düzgün şəkildə işləməyə bilər. Bu, sizin saytımızda edə biləcəklərinizi məhdudlaşdırır və hətta dizayn və istifadəçi təcrübəsinə də təsir edə bilər.

Aşağıdakılar təsirə məruz qala biləcək  funksiyalara misal ola bilər:

  • Videolara baxmaq
  • Bu səhifəni sosial şəbəkələrdə bəyənmək və ya paylaşmaq

Başqa saytlardan götürülmüş video, şəkil və s.-ə baxmaq

 

 

Digər cookie-lər

Yuxarıda göstərilən cookie-lərdən başqa, birinci və ya üçüncü tərəf cookie-lər iFrames, JavaScript və s. kimi texnologiyalardan istifadə edərək başqa saytlardan götürülərək bu vebsayta yerləşdirilən (xarici) məlumatlarda istifadə edilə bilər. Cookie-ləri qəbul etməklə siz, həmçinin bu məlumatların cookie-lərdən istifadə etməsini də qəbul etmiş olursunuz.

Henkel üçüncü tərəf cookie-lərə nəzarət etmir və onlarla bağlı heç bir öhdəlik qəbul etmir. Daha ətraflı məlumat üçün zəhmət olmasa üçüncü tərəf vebsaytına istinad edin (daxil olun).

Razılıq

Bu sayt tərəfindən yaradılan cookie-lərin qəbuluna icazə vermək və icazə verməmək funksiyaları arasında keçid etmək üçün aşağıdakı düymədən istifadə edin.