Skip to Content

İSTIFADƏ ŞƏRTLƏRI

Hüquqi çərçivənin mövcud texniki yenilikləri və dəyişiklikləri ilə əlaqədar aşağıdakı şərtləri vaxtaşırı dəyişmək və / və ya müəyyən düzəlişlər etmək lazım gəlir. Buna görə də istifadəçilərdən bu səhifəyə baş çəkməzdən əvvəl İstifadə şərtlərini gözdən keçirməyi və dəyişiklik və düzəlişləri nəzərə almağı xahiş edirik.

Giriş

Bu səhifə, Almaniya, 40589 Düsseldorf, Henkelstrasse 67, Henkel AG & Co. KGaA tərəfindən sizə təqdim olunur. Henkel və üçüncü tərəflərin əlaqəli şirkəti olan Henkel AG & Co. KGaA (bundan sonra “Henkel” adlandırılacaq) haqqında bu internet səhifəsində verilmiş məlumata xüsusi diqqət göstərilmişdir. Lakin, biz məlumatın tamlığına və düzgünlüyünə zəmanət verə bilmirik. Henkel bu saytın məzmununda olan hər hansı bir səhvə görə məsuliyyət daşımır. Bu səhifədə verilmiş mütərəqqi fikirlər bizim bilik və inancımıza əsasən verilib. Lakin, Henkelin əldə etdiyi nəticələr bu mütərəqqi fikirlərdən olduqca fərqlənə bilər, çünki onlar bəzi hallarda Henkelin nəzarəti altında olmayan rəqabətcil və makroiqtisadi xarakterli bir qrup faktorlardan asılıdır. Mütərəqqi fikilərə düzəlişlər etmək üçün heç bir qanuni öhdəliyə xələl gətirmədən, Henkel bu veb-səhifədə verilmiş mütərəqqi fikirləri davamlı şəkildə yeniləməyi planlaşdırmır.

Bu səhifəyə daxil olmaqla siz nəzər salmalı olduğunuz Veb-səhifənin Ümumi Şərtlərini qeyd-şərtsiz qəbul etmiş olursunuz.

BU VEB SƏHIFƏ VƏ SƏHIFƏDƏ VERILMIŞ MƏLUMATLAR ABŞ DAXILINDƏ ISTIFADƏ ETMƏK ÜÇÜN VƏ YAXUD DA ABŞ VƏTƏNDAŞLARI VƏ SAKINLƏRI ÜÇÜN NƏZƏRDƏ TUTULMAYIB. HƏMIN ŞƏXSLƏRIN YERLI HENKEL VEB SAYTINA VƏ YA HENKEL ŞIRKƏTINƏ AID ABŞ-IN ƏLAQƏLI ŞIRKƏTLƏRINƏ MÜRACIƏT ETMƏLƏRI XAHIŞ OLUNUR.

Veb səhifənin ümumi şərtləri

1. Müəllif Hüquqları Qanunu

Saytımızın səhifələri (məzmunu, strukturu) müəlliflik hüququ ilə qorunur. Hər hansı məlumatın təkrara emalı, yenidən işlənməsi, tərcüməsi, digər mediada saxlanılmaı və emalı, o cümlədən, elektron vasitələrdə saxlanılması və ya emalı zamanı müəlliflik hüququndan istifadə olunur. Məlumatdan və ya onun bir hissəsindən istifadə etmək üçün Henkel AG & Co. KGaA-nın ilkin yazılı razılığı tələb olunur. Hər hansı məlumatın və ya verilənin təkrar emalı, xüsusilə də mətnin və ya onun bir hissəsinin, eləcə də, şəkil materiallarının (Henkelin mətbuat fotoşəkilləri istisna olunmaqla) istifadəsi üçün ilk öncə Henkelin ilkin yazılı razılığı olmalıdır. Məlumatın yayılması və təkrar istehsalı Henkelə məxsusdur.

Henkelin mətbuat fotoşəkilləri yalnız redaksiyada istifadə oluna bilər. Redaksiya məqsədləri üçün təkrar emal edilən və ya elektron şəkildə dəyişdirilən Henkelin mətbuat fotoşəkilləri üçün müəllif hüquqları haqqında bildiriş təmin edilməlidir"© [İl] Henkel AG & Co. KGaA. Bütün hüquqlar qorunur". Təkrar çapa vermək pulsuzdur, lakin fayllarımız üçün bizə nüsxə lazımdır.

© 2017 Henkel AG & Co. KGaA, Düsseldorf. Bütün hüquqlar qorunur

2. Ticarət nişanı

Henkelin oval loqosu və Şüarı “Henkel – Bizim məqsədimiz Mükəmməllikdir” və bu səhifədəki bütün məhsul adları Henkel AG & Co. KGaA, onun filialları, şöbə və lisenziarları tərəfindən qeydiyyata alınmış ticarət nişanlarıdır. Bu ticarət nişanlarının icazəsiz istifadəsi və ya istifadəsi açıq şəkildə qadağan olunur və belə bir istifadə ticarət nişanı qanununun, müəllif hüququ qanununun, digər intellektual mülkiyyət hüquqlarının və ya haqsız rəqabət qanununun pozulmasını ifadə edir.

3. Üçüncü tərəflərin veb-səhifəsinə görə məsuliyyət daşımama

a. Bu veb səhifənin səhifələrindən üçüncü şəxslər tərəfindən idarə olunan və məzmunu Henkelə məlum olmayan digər səhifələrə keçid (hyperlinklər vasitəsilə) etmək mümkündür. Henkel yalnız belə veb səhifələrə çıxışı asanlaşdırır və onların məzmunu üçün məsuliyyət daşımır. Üçüncü tərəfin saytlarına keçidlər sadəcə naviqasiyanı asanlaşdırmaq üçün nəzərdə tutulub. Həmin səhifələrdə göstərilən fikirlər bizim tərəfimizdən irəli sürülməyib. Səhifəmizdən birbaşa keçid etmək mümkün olan üçüncü tərəfin səhifələrinin məzmunu ilə heç bir əlaqəmiz yoxdur. Xüsusilə də, belə səhifələrdə baş verən üçüncü şəxslərin hüquqlarının pozulmasına və ya  qanun pozuntularına görə biz məsuliyyət daşımırıq.

b. Henkel veb-səhifələrindən keçidləri (hiperlinkləri) olan veb səhifələr üzrə bu veb səhifələrin sahibləri həmin səhifələrin məzmununa və təklif olunan məhsulların satışına və sifarişin tənzimlənməsinə görə məsuliyyət daşıyırlar.

c. Henkel hiperlink vasitəsilə keçid edilə bilən səhifədə hər hansı bir müəllif hüququnun, ticarət nişanının və ya digər intellektual mülkiyyətin və şəxsiyyət hüquqlarının pozulmasına görə məsuliyyət daşımır.

d. Əməliyyat ilə bağlı hər hansı bir əmrin və ya bəyannamənin verildiyi təqdirdə, müqavilə istifadəçi və müvafiq veb-səhifənin sahibi və ya təklif edən tərəf və ya təmsil edən şəxs arasında bağlanacaq, lakin heç bir halda Henkel və istifadəçi arasında bağlanmayacaqdır. Xahiş olunur keçidi olan veb-səhifələrdə müvafiq təchizatçının ümumi biznes şərtlərini nəzərə alasınız.

e. Bu yazılı imtina henkel.com vebsaytında nümayiş etdirilən bütün linklər və istifadəçinin bu cür linklər vasitəsilə yönləndiyi hər hansı məzmun üçün etibarlıdır.

4. Ümumi yazılı imtina

Bu vebsaytın istifadəsi nəticəsində yaranan zərərlər üzrə Henkelin hər hansı məsuliyyəti – hüquqi səbəblərdən, o cümlədən mülki hüquq pozuntusundan asılı olmayaraq – qəsdən və ya kobud ehtiyatsızlıq ucbatından meydana çıxan zərərlərlə məhdudlaşır. Müqavilə üzrə maddi vəzifələrin pozulması nəticəsində Henkelin məsuliyyət daşıyacağına görə, zərərlər üzrə hər hansı iddianın ümumi məbləği öncədən güman edilə biləcək itgi ilə məhdudlaşır. Bu Henkelin tətbiq olunan Məhsul Öhdəliyi haqqında qanun və ya verilən hər hansı zəmanət əsasındakı məsuliyyətinə təsir etməyəcək. Qabaqcadan güman edilə bilən məsuliyyət məhdudiyyəti həyati itkilər, bədən xəsarəti və ya sağlamlığa yetirilən zərərlər üzrə tətbiq olunmur.

Henkel öz vebsaytlarını virusdan qorumaq üçün böyük səylə çalışsa da biz heç bir virusun olmadığına zəmanət verə bilmirik. Bu səbəbdən də tövsiyyə edirik ki, hər hansı sənəd və ya məlumatı yükləməzdən öncə viruslar əleyhinə müvafiq qoruyucu tədbirlər görəsiniz (məs. virus skanerlərin istifadə).

Henkel nə Henkel vebsaytında təklif olunan xidmətlər üzrə qüsur və xətalara, nə də onların yararlılığına zəmanət vermir.

5. Proqnozlar və Təşəbbüslər barədə Bəyanatlar

Bu internet saytı üzrə uzaqgörən bəyanatlar maksimum bilik və bacarıqlarımız əsasında hazırlanmışdır. Lakin, əslində Henkelin əldə etdiyi nəticələr isə bu uzaqgörən bəyanatlardan kəskin şəkildə fərqlənir, çünki onlar bəzən Henkelin nəzarəti altında olmayan bir qrup mübahisəli amillər və makroiqtisadi xüsusiyyətlərdən asılıdır. Heç bir hüquqi öhdəliklərə zərər vurmadan uzaqgörən bəyanatları dəyişmək üçün, Henkelin bu saytda saxlanan uzaqgörən bəyanatların daim yenilənməsi ilə bağlı heç bir təşəbbüsü yoxdur.

6. Henkel Məhsulları

Bu internet saytından göstərilən brendlər / məhsullar dünyamiqyaslı Henkel şirkətində mövcud olan brend və məhsullarının nümunəsidir. Henkel həmin brend və məhsulların sizin ölkənizdə olacağına zəmanət vermir.

Digər müddəalar

Bu Ümumi İstifadə Qaydaları, onlar üzərində tətbiqi nəzərə alınmayan Malların Beynəlxalq Alqı-satqısı üçün Müqavilələr üzrə BM Konvensiyasından asılı olmayaraq Federal Almaniya Respublikasının qanunları əsasında tərtib edilərək idarə olunur. Müvafiq qanunun verdiyi imkan çərçivəsində məhkəmə dairəsindən Düsseldorf, Almaniyayadək bu saytı ilə bağlı bütün mübahisəli məsələlər qaldırılır. Bu Ümumi İstifadə Qaydalarının hər hansı bir müddəasının qüvvədən düşməsi digər bütün müddəaların etibarsızlığını göstərməz.