FAQ

Bloklar tualetinizdə təmizliyi və təravəti təmin etmək üçün istifadə edilir. Hər yumada tualet və hamamda aktiv tərkib hissələrinin müntəzəm təsiri sayəsində bloklar tualet çənində ərpin əmələ gəlməsinin qarşısını alır, çirk ilə mübarizə aparır və xoş ətir bəxş edir.
Daha çox təmizlik və təravət üçün əlavə olaraq Bref tualet təmizləyicisindən istifadə edin. Onu unatazın içində 15 dəqiqəlik saxlayın.
Daha dərin təmizlik prosedur  arası tualetinizin təmiz və təravətli olmasında  əmin olmaq üçün Bref tualet blokundan istifadə edin.

Aktiv Güc bərk blokdur. 4-ü 1-də formulu sayəsində Bref  Aktiv Güc ərpin qarşısını alır, təmizləyici köpüyü təmin edir, çirkdən qoruyur və tualetinizə əlavə ətir bəxş edir.
Sadəcə məhsulu unitazın çənində suyun axan tərəfdə yerləşdirin və hər yumada tualetinizdə daha güclü təravətin və təmizliyin şahidi olun!

Duo aktiv maye blokdur. İki bölməsi sayəsində, Bref Duo Aktiv özündə tualet təmizləyicisi və təravətləndiricini birləşdirir.  
Mavi hissənin tərkibindəki təmizləyici agentlər çirk və ərp ilə mübarizə aparır; sağ kameranın tərkibindəki xoş ətir hər yumada tualetinizə təravət bəxş edir. Bref Duo Aktiv ilə  hər yumada təravət və ətir fırtınasından həzz alın!

Bref Aktiv Güc Ətir Yayımı məhsulu bənzərsiz Bref texnologiyasından faydalanır.  Onun mərkəzi hissəsi xarıcı qatından 40% daha ətirlidir. Onun yeni sistemi sayəsində Bref Aktiv Güc Ətir Yayımı məhsulunun istifadəsi boyunca ətir intensivliyi yüksək dərəcədə qalır. Nəticədə ilk yumadan son yumayadək kürəciklər daha güclü ətir bəxş edəcək.

Ortalama olaraq, bütün yuxarıda qeyd olunan məhsullar 250 yumayədək istifadə edilir və bu təxminən 4 həftə təşkil edir. Sözsüz ki, Bref blokunun istifadə müddəti tualetin növündən, su düyməsinin sıxılma sayından, suyun axınından və tualetdən istifadə tezliyindən asılıdır.

Suyun axım dərəcəsindən və tualetin içində yerləşdirilməsindən asılı olaras kürəciklər qeyri-bərabər istifadə ola bilər. Hər zaman kürəcikləri maksimal dərəcədə şaquli halda və su axının altında yerləşdirin.

Hər zaman kürəcikləri maksimal dərəcədə şaquli halda və su axının altında yerləşdirin.

Mavi ləkələri təmiz su ilə təmizləyə bilərsiz. Əgər mavi ləkələr tam quruyubsa, onları Sidol Metal kimi metal üçün təmizləyici vasitə ilə təmizləyə bilərsiz

Adətən tualetinizdə istifadə edilən suyun tərkibində kalsium, dəmir, maqnezium və əhəng kimi müxtəlif minerallar var. Su buxarlananda həmin minerallar quruyub səthə yapışır. Biofilm adlanan bu mineral qalığı minlərlə mikrob və bakterialar var.
Ən çox su tualetinizin çənbərinin altındakı hissədən keçir. O rütubətli şəraitdə bio film asanlıqla çoxalır və digər sahələrə yayılır. Buna görə tualetin müntəzəm və hərtərəfli  təmizlənməsi çox vacibdir.
Bref təmizləyici vasitələr tualetinizdəki gigiyenik təmizliyi və təravəti təmin edərək həmin mikroblarla mübarizə aparır. Onlar istifadədə çox asandır və onun ergonomik forması tualet çənbərinin altına yerləşdirilməsi üçün çox uyğundur.

Su səviyyəsinin altındakı kir tualet çəninin və U-görkəmli çənbərin altında yığılmış çirkdir.

Mikrobların və bakteriyaların yığılması biofilm adlanır. Bu biofilm asanlıqla yayılır və Siz digər sahələri də çirkləndirə bilərsiniz. Buna görə tualetin müntəzəm və hərtərəfli  təmizlənməsi çox vacibdir. Onu təmizləmək üçün Bref WC təmizləyici vasitədən həftəlik istifadə edin. 15 dəqiqə unitazın içində saxlayın və sonra suyu buraxın.

Sonra isə daha dərin təmizlik üçün Bref WC Block-dan stifadə edin ki, tualetiniz hər su axınında təmiz və təravətli olsun.

Müntəzəm təmizlik və sanitariya üçün, Bref tualet üçün təmizləyici vasitəni unitazda 15 dəqiqəlik saxlayın. Daha çox çirkli səthin təmizlənməsi üçün Bref 6xEffect təmizləyici vasitəsini gecə ərzində unitazın səthində saxlayın.
Sonrakı çirklənmənin qarşısını almaq üçün və tualetinizdə təravəti təmin etmək üçün arada Bref Aktiv Güc-ü istifadə edin.

Qoruyucu əlcək geymək tövsiyə olunur. Məhsul dərinizə düşdükdə,onu təmiz su ilə yuyun və çirklənmiş əlcəkləri təkrar istifadədən öncə su ilə yaxalamaq lazımdır. Həmçinin Bref Tualet təmizləyici vasitəsinin yaxşı havalandırılan sahədə istifadə edilməsi tövsiyə olunur, yani pəncərə açıq olmalıdır.

Bref Xlorid turşusu formulu çətin su şəraitində işləmək üçün hazırlanıb, gigiyenik təmizlik üçün effektivdir.

Bref Qarışqa turşusu formulu əhəngli ərpi və çirki təmizləmək üçün effektivdir. Bundan başqa həmin formulun tərkibində əhəngli ərpin və çirk qalıqlarının əmələ gəlməsinin qarşısını alan və tualeti uzun müddət təmiz saxlayan müdafiə texnologiyası mövcuddur.

Bref Xlorid turşusu və Bref Qarışqa turşusu 99.9% mikrobları öldürür.

Əgər tualet təmizləyici vasitə tövsiyə edilən bağlamanın üzərində qeyd olunan təlimatlara uyğun istifadə edilirsə, birbaşa sağlamlığa risk gözlənilmir. Dərini su ilə yaxalayın. Çirklənmiş əlcəkləri təkrar istifadədən öncə su ilə yaxalamaq lazımdır.
GÖZƏ düşdükdə bir neçə dəqiqə ərzində ehtiyatla bol su ilə yuyun. Məhsulu udsanız ağızınızı yuyun. Qusmaq məcburiyyəti yoxdur.

Bref Tualet təmizləyici Bloklar 80% təkrar istifadə olunan karton və plastik materiallarından hazırlanmış qablaşdırmalara yerləşdirilir. Bref Tualet təmizləyici maye vasitələrin butulkaları Poliolefin plastikdən hazırlanıb, hansı ki düzgün yüklənən sistemlər ilə toplanılıbsa   təkrar istifadə edilə bilər.