Skip to Content

1968:

İLK BƏRK TUALET BLOKU

Henkel ilk olaraq unitazın çənbərinə asılan konusvari  tualet blokunu Alman bazarında təqdim etdi. Bu tualet bloku hər yumada və bir neçə həftə boyu gigiyenik təmizliyi və təravəti təmin edərək gigiyena bazarını inqilabiləşdirdi.

1975-Cİ İLDƏN 2000-Cİ İLƏDƏK.

TUALET KATEQORİYASINDA EKSPERT OLUR

Tualetin gigiyena və təmizliyi mövzusuna gəldikdə istehlakçıların tələbatlarını anlamaq üçün çoxsaylı tədqiqatlar əsasında Henkel tualet təmizlənməsi ilə bağlı fərqli çıxış yollarını təqdim edir: Tualet təmizləyicisi, Tualet təmizləyici kublar, iki kameralı tualet blokları, gel və həblər.

2002:

İKİLİ İNNOVATİV TEXNOLOGİYA

Tualet təmizləyici məhsullara gəldikdə İstehlakçıların əksəriyyəti üçün uzunmüddətli təravətli ətir və etibarlı təmizləmə qabiliyyəti ən əsas tələblərdir. Onların istəklərini yerinə yetirmək iki məhsul mövcud idi: tualet təmizləyici vasitə və hava təravətləndiricisi. 2002-ci ildə Henkel Bref Duo Aktiv məhsulunu buraxıb: tualetin təmizlənməsi və havanın təravətləndirilməsi üçün iki ayrı kameralı ilk maye hava təravətləndiricisi.

2010:

İNQİLABİ AKTİV GÜC KÜRƏCİKLƏRİ

Henkel inqilabı tualet bloku məhsulunu buraxıb: Bref Aktiv Güc! Onun 4 vacib funksiyalı formulu var: təmizləyici köpük, ərpə qarşı funksiya, çirkdən qoruyucu funksiya və ekstra təravət! Dünyanın hər yerində istehlakçılar onun estetik görünüşü, rahatlığı və təravətli canlı ətirlərinə görə qiymətləndirirlər. 2010-cu ildən etibarən, Henkel 1 000 000 bağlamadan artıq Bref istehsal edib və dünya üzrə 50 dən çox ölkəyə çatdırılıb

2012:

BLUE AKTİV KÜRƏCİKLƏRİNİN BURAXILIŞI

Mavi suyun sayəsində Bref Blue Aktiv hətta yuma arası tualetinizdəki təmizliyi və təravəti gözə görünən dərəcədə təmin edir. Necə?  Su axımı zamanı, Blue Aktiv səbəti su ilə dolur, həmin su aktiv tərkib ilə qarışır və su axımının sonunadək suyu buraxır. Hətta yuma arası tualetinizdə təmizlik və təravət üçün unitazda qalan mavi su buna sübutdur!

2012:

THE BALLS DREAM BAND

Bref Balls Dream Band uğurlu internet dəstək kampaniyasını yaratmışdı: 4 cavan yaraşıqlı oğlan Bref məhsulunun 4 funksiyalı formulunu təqdim edirdi, oğlanların hər biri Bref Aktiv Güc-ün bir funksiyanı göstərirdi: Dimitri - parlaq, Mercellus - güclü, Marcus - ekstra təravətli, Alejandro - qoruyucu. Kampaniya qlobal olaraq buraxılmışdı və buraxılışdan sonra həmin video çarxılar Bref ilə tualetdə heç bir problem olmamasını göstərərək 20 milyon dəfə izlənəlib.

2013:

6X BREF POWER GELİN BURAXILIŞI

Bref kompaniyası tualet üçün öz güclü təmizləmə formulunu buraxdı: unitazın təmizlənməsi üçün Bref 6 dəfə effektli Gel - Güc seriyası.Bu seriya tualet təmizlənməsində rast gəlinən pas, çirk, sidik ləkələri, xoşagəlməz qoxu və əhəngli ərp kimi bəzi ən çətin problemləri aradan qaldırmaq üçün hədəf oldu və çox əziyyət sərf etmədən gigiyenik təmiz və təravətli tualeti təmin etməkdə köməklik edir!

2014:

KUBLARIN SONRAKI MƏRHƏLƏYƏ GƏTİRİLMƏSİ

Bu gün Bref Kub gigiyenik təmizləməni və mavi sərinləşdirici gücünü bir məhsulda birləşdirir. Bu məhsul 800 su axını ərzində unitaz çəninin təmizliyini və təravətini təmin edir, əhəngin və kirlənmənin qarşısını alır və yaxalayıcı suya təravətli mavi rəng verir.

2015:

EKZOTİK İSTİQAMƏTLƏRƏ

Bref WC Bref Power Aktiv Escapes çeşidini buraxıb. Onun rəngarəng kürəcikləri və ekzotik ətirləri sizi hər yumada ekzotik istiqamətlərə aparacaq!

2016:

BREF AKTİV GÜC ƏTİR YAYIMI

Bref Bloklarının ən son yeniliyi: Bref Aktiv Güc Ətir Yayımı indi 40% daha güclü təravət ilə hər yumada ətir yayımını təmin edir!
Onun yeni sistemi sayəsində Bref Aktiv Güc Ətir Yayımı məhsulun istifadəsi müddətində ətir intensivliyini güclü səviyyədə saxlayır. Nəticədə tualetiniz ilk yumadan son yumayadək təravətli olacaq.