HAMAM OTAĞI ÜÇÜN ƏTIR SEÇIMI ÜZRƏ SIZIN TAM TƏLIMATINIZ

Hamam otağınızda əsas təmizlik tədbirlərinin görüldüyünə əmin olduqdan sonra (hamam otağınız təmiz və bakteriyalardan azad olmalıdır) növbəti addım hamam otağınıza xoş bir qoxu verməkdir. Qoxunun həssas bir problem olduğu evdəki bu otaq üçün ətir seçiminiz böyük əhəmiyyət kəsb edir. Əgər hamam otağından yaxşı ətir gəlmir, demək, pis qoxuyur. Ona görə, hamam otağınızda qoxulara nəzarət etdiyinizdən əmin olun.

Hamam otağı üçün ətir seçimini olduqca diqqətlə düşünmək lazımdır ki, onlar sıxıcı deyil, xoşəgələn və idealda otağın ümumi üslubuna uyğun olmalıdır. Həqiqi işlənilmiş hamam otağının füsunkarlığında əsas pay qoxuya düşür.

Bəs seçimi necə etmək lazımdır, məhz Sizə uyğun ətir hansıdır? İdeal buket necə hazırlanmalı?

Biz hamam otağı üçün hər bir zövqə, üsluba və səbəbə uyğun ətirlər siyahısını tərtib etdik.

Alp Təravəti

İdeal bahar seçimi. Hamam otağınıza zəngin, bir az sərt, şam ağaclı, alp çalarları ilə birgə nəcib ətri gətirin.

Hamam otağınıza əsas ətri bəxş etmək üçün su çəmbəri üçün nəzərdə tutulan " Bref Duo Cubes " həblərindəni istifadə edin, sonra isə, əgər varınızdırsa, əsl şam ağacı qabığı və yaxud qozaları vasitəsilə intensivlik əlavə edin. Buna əlavə olaraq, vanna səthinə bir neçə şam iynələrini atmaq, niyə də yox? Sonra arxaya söykənin, dərin nəfəs alın və alp vadisi boyu əsən yumşaq havanın xışıltısını təsəvvür edin. Heçnə daha təravətli qoxuya bilməz!

Şam ağacı meşəsinin ətirləri Skandinav üslubunda olan hamam otağı üçün ideal yaraşır. Ətirdə oduncaq ahəngləri dekorun təbii oduncağını əks etdirir.

Təravətli şam ağacının ətri

Okean Təravəti

Əgər idman əhvalındasınızsa, evdən çıxmağa və hərəkət etməyə Sizi sövq edəcək olan okean təravətinin ətri öz büzüşdürücülüyü ilə Sizə təkan verəcək. Okean təravəti hamam otağınıza müstəsna təmizlik və sərin göyümtül aydınlıq hissi verəcək.

Bütün otaqdan keçən bu ruhlandırıcı təravəti əldə etmək üçün rahat üsul kimi "Bref Blue Activ" vasitəsindən istifadə edin. Ətir mövzusunu gücləndirmək üçün, niyə də ona uyğun ayaqyolu ləvazimatları alınmasın? Sabun, duş geli və deodorantların bir çox növləri sərin mavi və okean ətirləri ilə gətirilir.

Bu ətir seçimi müasir üslubda olan istənilən hamam otağı üçün uyğun gəlir. Əgər hamam otağınızın interyerində mavi rəng və ya mavi rəngdə aksesuarlar varsa, bu yalnız ümumi mövzuya uyğunluq əlavə edəcək.

Sərin mavi hamam otağı

Qızılgül ləçəkləri

İstirahət üçün nəzərdə tutulmuş hamam otağında Sizə təravətlənməyə və rahatlanmağa yardım edəcək yumşaq ətir.

Uzunmüddətli vanna qəbulu və yaxşı bir kitab bu rahat ətir üçün aktual bir mövzudur. Ətir yayan şamlar, parfümlər və yağlar sayəsində qızılgül ləçəklərinin incə və sakitləşdirici çalarlarına nail ola bilərsiniz. Siz həmçinin ləçəklərlə yaxud qurudulmuş güllərlə olan şüşə kasalar vasitəsilə interyeri zahirən yaxşılaşdıra bilərsiniz (daha çalışqanlar ləçəkləri qaynadaraq öz şəxsi gül suyunu asanlıqla hazırlaya bilərlər). Sonra yeni yumşaq ətirli guşənizə ideal tamamlanma kimi "Bref Power Aktiv Flower Blossom" unitaz üçün gigiyenik blokdan istifadə edin.

Qızılgül ətri Viktorian üslubunda olan hamam otaqları üçün idealdır. O, xəyallarda məxməri elementlər, çoxlu yumşaq mebel və çiçək rəsmlərilə olan rahat buduarların təsvirini canlandırır.

Hamam otağında qızılgüllər

Duyğu saçan jasmin

Evinizin ən intim hissəsində olduğunuzda romantik atmosfer hiss etmək üçün jasmindən istifadə edin. Qoxulardan ən zərif olan bu ətir çoxdan yumşaq şəhvaniliklə assosiasiya olunur. Onun oduncaq və çiçək çalarlarının qarışığı bizləri yuxuya verir və biz rahatlanmış fantaziya dünyasına keçirik.

Ətir yayan şamlar güclü jasmin ətri yayır və vanna qəbulu üçün füsunkar və möhtəşəm əhval-ruhiyyə jasmin kömək edir. Zahiri görünüşü və qoxunu yaxşılaşdırmaq üçün jasmin çiçəkləri və ləçəklərini əlavə edin.

Qırmızı pərdələr və şəhvətli mebel kimi məxmərin çox olduğu interyerlərdə jasmindən istifadə edin.

Jasmin gülləri

Sitrus meyvələri

Qığılcımlı, enerjili və əyləncəli - meyvəli ətirlər xoş anlar üçündür. Sevdiyiniz disko xitin altında rəqs edərək gününüzə həvəslə başlayın.

"Bref Scent Switch" gigiyenik vasitəsini götürün və otağınızı bürüyən sitrus meyvələrinin enerjili ətrini hiss edin. Və yaxud Duo Activ Grapefruit təmizləyici vasitəsilə gümrahlıq ehtiyatından oyanın. Rəngarəng və ətirli sabunlar və ayaqyolu ləvazimatları da təsiri artırmağa kömək edir.

Sitrus meyvəli ətirlər rəngarəng və qəşəng hamam otaqları üçün uyğun gəlir.

Dəbli hamam otağı

Evkalipt

Bütün ətirlərdən ən təravətləndirən ətir, heçnə havanı evkalipt qədər təmizləmir.

Azca büzüşdürücü və eyni zamanda şirin olan evkalipt məbədinizdə təmizliyin və sağlamlığın yer tutması üçün doğru ətir seçimidir. Evkalipt seçin və hər gün özünüzü pak hiss edin.

Bir neçə həftə boyu ayaqyolunuzdan gələn bu təravətli ətri hiss etmək üçün "Bref Blue Activ Eucalyptus"-dan istifadə edin.

Evkalipt ətri müasir, bəmbəyaz hamam otaqları ilə mükəmməl uyğun gəlir.
Bütün ətirlərdən ən təravətləndirən ətir, heçnə havanı evkalipt qədər təmizləmir.

Azca büzüşdürücü və eyni zamanda şirin olan evkalipt məbədinizdə təmizliyin və sağlamlığın yer tutması üçün doğru ətir seçimidir. Evkalipt seçin və hər gün özünüzü pak hiss edin.

Bir neçə həftə boyu ayaqyolunuzdan gələn bu təravətli ətri hiss etmək üçün "Bref Blue Activ Eucalyptus"-dan istifadə edin.

Evkalipt ətri müasir, bəmbəyaz vanna otaqları ilə mükəmməl uyğun gəlir.

Evkalipt efir yağları

Lavanda

Lavanda ən sakitləşdirici və rahatlayıcı ətir olaraq Sizə gərgin günün sonunda stressi aradan qaldırmağa kömək edən ən ideal ətirdir. Bu güclü bitki əsrlər boyu müxtəlif müalicəvi məqsədlər üçün, həmçinin narahatlığın aradan qaldırılması, yuxusuzluq və depressiyadan azad olmaq üçün istifadə edilir. Bu, sükut məbədiniz üçün əntiqə bir ətirdir.

Təzə kəsilmiş lavanda evinizi bəzəyəcək, lakin bizə lazımlı ətir həm də şamlardan tutmuş ətirli kisəciklərə kimi, sabundan tutmuş hava təravətləndiricisinə kimi bir çox rahat formalarda gəlir.

Yumşaq mebelli və pastel tonlarında olan kənd üslubunda hazırlanmış Hamam otağı üçün uygun gəllir.

Lavanda

Alma

Təzə və sağlam abu-hava alma ətrilə gəlir. Biz bağ və yay günləri haqda düşünürük. Alma ətirləri hamam otağınızda təmiz, meşə havasını yaradır. Onlar Sizləri gümrah və enerjili hiss etdirir.

Alma ətirləri və hamam üçün məhsullar, duş geli və sabun daxil olmaqla bir çox formada əlçatandır, lakin hamam otağında dilimlənmiş və ya bütöv alma kasasını qoyaraq effekti gücləndirə bilərsiniz.

Alma ətri şam ağacı ilə işlənmiş (bəzədilmiş) və ya çox açıq tonlarda olan hamam otaqları üçün idealdır.

Almalar

Tropik

Yeni günün gəlişini tropik ətirlərlə bayram edərək səhər rutininizə Xula rəqsinin bəzi çalarlarını əlavə edin. Sizin tualet otağınızda sanki rəqs boyu tonlarla kokos qozu, ada gülləri və ananaslar ətrafınızda fırlanır. Tropik ətir bütün gününü Xula rəqs ritmində keçirmək istəyən barlı, məmnun və xoşbəxt olan Sizlər üçündür.

Bref Duo Active Bahamas vasitəsilə taulet otağınıza tropik yaşıllığını gətirin. Hissi tamamlamaq üçün kokos və ya ananas ətirli ayaqyolu ləvazimatlarını və yaxud hava təravətləndiricilərini əlavə edin.

Dekorunda parlaq bitkilərin və çiçəklərin olduğu hamam otağına uyğun gəlir. Məsələn, divar kağızları yaxud duş üçün pərdələrin üzərində palma rəsmlərilə və ya yaşıl yarpaqlarla.

Tropik notlar

Hamam otağınız üçün ideal ətri tapın. Bütöv bir mövzu yaratmaq üçün doğru məhsulları və təbii ətrləri üslublaşdırılmış hamam otağınızla birləşdirin.

Hamam otağınızın gözəl qoxumasına yardım edəcək daha çox möhtəşəm fikirlər.

  • Hər möhtəşəm hamam otağının arxasında fantastik bir ətir var. Müdrik seçim edin!

  • Hamam otağının dəyişilməsi üçün ən yaxşı 10 fikir. Problemsiz transformasiya.

  • Öz rahat üslublu ayaqyolunuz haqda hekayə düşünün