HAMAM OTAĞINIZIN DƏYIŞDIRILMƏSI ÜZRƏ TOP-10 FIKIR

Hamam otağınızın yeni əla görünüşü çox sadə əldə edilə bilər.

Hamam otağı evinizdə təmirə görə ən qəliz otaq olduğu halda, o, dekor üçün ən sadələrindəndir. Daha bahalı yenidən-planlaşdırmaya, yaxud kanalizasiya sistemi və ayaqyolunun dəyişdirilməsinə ehtiyac yoxdur. Bunun əvəzində, Siz yeni görkəmi sadə və sərfəli vasitələrlə əldə edə bilərsiniz.

1. Duş üçün pərdələr

Sadəcə yeni bir duş pərdəsini asmaqla hamam otağınızın sönük bir bucaqdan heyranedici otağa çevirməkdən asan yol yoxdur. Bu keyfiyyətli duş pərdəsinin alışı ayaqyolu otağınıza mövzu təyin edə bilər.

Rəngli duş pərdələri kiçik, daha tutqun hamam otaqlarında və bütün bəyaz hamam otaqlarında xüsusi bir abu-hava yaradır.

İnternet portalları, öz fotoşəkilləriniz və təsvirlərinizi çap etdirmək imkanı da daxil olmaqla, demək olar ki, məhdudiyyətsiz bir seçim təqdim edir, ancaq daha yaxşı olar ki, yaxşı görünəcəyinin zəmanət verildiyi bəzi yoxlanmış klassik elementlərə üstünlük verəsiniz. Məsələn:

  • Ayrı dərin tonlar
  • Bitkilərin və təbiətin mövzusu
  • Davamlı təkrarlanan naxışlar

Rəngarəng duş pərdəsi ilə abartmamaq daha yaxşıdır, ona görə də çox qabarıq şeyləri seçməyə çalışmayın. Sualtı dəniz səhnələri və ya sevdiyiniz Disney filmindən cizgifilmləri personajlarını yaxşı olar ki, tavanda saxlayasınız.

Hamam otağında rənglərdən daha çox istifadə edin

2. Xalçalar

Duş üçün pərdədə olduğu kimi, hamam otağınızın interyerində kilim mərkəzi mövqe tutacaq. Divardan asılmaqla və ya döşəməyə sərilməklə, kilim otağa yeni rəng və naxışlar vermək üçün daha qeyri-adi, lakin yenə də sadə üsuldur.

Bu cür kilimlərin, əsasən də nəm ərazilərdə, əsas problemi sürtülməsi və gigiyenadır və buna görə də, kiflənməyə və sürtülməyə az məruz qalacaq  materiallardan istifadə daha məqsədəuyğundur. Daha çox sukeçirməz parçalardan hörülmüş kilimlər və ya məhrəbalar üçün parçalar yaxşı fikir sayılır. Məsələn, bambuk kilim hamam otağınızda uzunömürlü xidmət üçün xüsusilə uyğun gəlir.

Kilim hər növ məkanlar üçün uyğun gələ bilər, lakin ən yaxşısı, digər dekor da onunla uyğunlaşsın. Ona görə də, əvvəlcə uyğun kilim əldə edin, daha sonra isə digər dekoru düşünün.

Hamam otağının interyerində kilim mərkəzi mövqe tuta bilər.

3. Rəngli divar və divar kağızları

Təkrar dekorasiya - bu bahalı səslənən böyük qorxulu bir sözdür. Bir divarın və hətta onun bir hissəsinin rənglənməsi və yapışdırılması digər tərəfdən Hamam otağınızı potensial şəkildə yenidən gözəlləşdirəcək nisbətən sadə üsuldur. Hamam otağınızda hansısa bir divarına və ya naxışına tətbiq edə biləcəyiniz bəzi sadə fikirlar bunlardır:

Zolaqlar. Zolaq rəngsiz hamam otağına güclü təsir bağışlaya bilər. Onun boya ilə vəhdəti çox mürəkkəb ola bilər, ona görə də sizə çox güman ki, yerli DİY mağazanızdan əldə edə biləcəyiniz rəngli yapışqan uyğun gələr.

Rəngli boya. Balaca çökəkliyi və ya taxmanı hər hansı bir rənglə boyamaq olduqca asandır. Hamam otağınızın digər hissəsində (məsələn, duş və ya hamam üçün pərdədə) olan rəngi seçin, bu rəngdə boya tapıb otağın kiçik hissəsinə çəkin. Bu, təbii şəkildə sərhədlənmiş (məsələn, radiator üçün taxma və s.i.) tam divar və ya divarın bir hissəsi ola bilər.

Divar kağızı. Cəsarətli rənglərlə olduğu kimi, dekorativ divar kağızları hətta kiçik bir detal olsa belə otağınızı olduqca canlandıra bilər. Həqiqətən də maraqlı naxış və rəsmlərlə olan divar kağızları var, buna görə də, niyə də özünüzü mürəkkəb və təmtəraqlı bir şeylə  sevindirməyəsiniz.

Hamam otağınızda rəngli sahələr

4. Aynalar

Güzgü istənilən hamam otağında zəruriyyət və xeyir-duadır. Onlar genişliyi və işığı artırar və əgər düzgün seçim etsəniz, interyerinizin üslubunu təşkil edər.

Bu imkandan maksimal xeyir əldə etmək üçün edəcəyiniz şey sadəcə nəyisə özünəməxsusluğu ilə seçməkdir. Sadəcə olaraq adi güzgü listini istifadə etmək və ya ən ucuz variantı seçmək lazım deyil. Bunun əvəzində, çərçivə əlavə edin və güzgünüz yeni tərzdə parlayacaq.

Hamam otaqlarında aynalar

5. Rəngli şüşə

Rəngli şüşə su mühitinə, məsələn, hamam otağınıza, uyğun gələn abu-hava yaradır. Sayrışan və parıldayan rənglər bütün divar boyu əks edilir. İşığın rəngli şüaları pəncərənizdən keçərək soyuq günəşli gündə Sizi isidir.

Bu effektin əldə edilməsi üçün çoxlu müxtəlif üsullar mövcuddur. Bəziləri digərlərindən daha bahadır.
Rəngli şüşədən və qurğuşundan  (türk üslubunda) olan abajurlar otaqda ekzotik abu-hava yaradır.
Əgər pəncərənizi dəyişmədən rəngli şüşə istəyirsinizsə, hazırkı pəncərələrinizin üzərinə rəngli plastik örtük çəkin - bu, anoloji effekti əldə etmək  (həmçinin, hamam otağınızın gizliliyini artırmaq) üçün əla üsuldur.

Rəngli şüşə ruh sakitliyinin abu-havasını yaradacaq

6. Sənət əsərləri

Hamam otağı  hər hansı sənət əsərinin aşkarlanması üçün gözlənilməz bir yerdir, yalnız bu, fikirnı daha da maraqlı və təəssüratlı edir.
Öz qonaqlarınızı ayaqyolunda Remrandt və ya "hər kəsin girəcəyi" yerdə Van Qoq ilə təəcübləndirin. Əlbəttə ki, rəsmlərin orijinalları ilə deyil!  - sadəcə çərçivədə çap olunmuş reproduksiya - Sizin ümumi dekorunuza bir qədər şirinlik və özünəməxsusluq gətirən əla fikirdır.

Hamam otağında sənət əsərləri

7. Hədiyyə və suvenirlər

Hamam otaqları və ayqyolu Sizin hədiyyə və suvenirlərinizin yerləşdirilməsi üçün gözəl yerdir. Heyran qalmış auditoiyaya öz bər-bəzək və bəzək əşyalarınızı göstərə biləcəyiniz yerdir.

Divardan sallanan və ya rəflərdə düzülmüş maraqlı bər-bəzəklər, Sizin və qonaqlarınız üçün maraqlı əyləncə ola bilər və bu rahatlanmış və şən məkan üçün  uyğun gələn qeyri-rəsmi bəzək əşyasıdır.

Hamam otağında suvenirlər

8. Dəniz mövzulu bəzək-düzək

Dəniz sahili hamam otağınızın əsas mövzusu üçün xüsusilə maraqlı və məzuniyyəti xatırladan bir seçimdir. Bu, həmçinin xırda dekorativ elementlərlə daha rahat əldə oluna bilər.

Ən yaxşısı, dükanlarda aldığınız suvenirləri və ya məzuniyyətiniz zamanı çimərlikdə öz əlinizlə yığdığınız balıqqulağı və xırda daşları istifadə edərək bu mövzunu yarada bilərsiniz. Dəniz balıqqulaqları, xırda daşdan kasalar, dəniz elementləri dekoru ilə güzgülər (illüminatorlar) və ya şüşədə gəmilər - bütün bunlar Sizin çimməyinizi rəngləndirə biləcək rəngarəng anları Sizə xatırladır.

Dəniz mövzulu bəzək-düzək

9. Dəstək və tutacaqlar

Getdikcə daha çox DIY mağazaları dolab üçün dekorativ tutacaqlar, qutular və qapılar satırlar. Onlar bahalı deyil, quraşdırmada sadədir və balaca otağınızın ümumi görkəmini möhtəşəm şəkildə dəyişən effekt verir.

Bir ovuc götürün və hamam otağınızı bəzəmək üçün onları ən yaxşı şəkildə uyğunlaşdıraraq həzz alın.

Dekorativ qapı tutacaqları

10. Güldanlar, bankalar və camlar

Sizə, şübhəsiz, hamam otağınızda saxlanması və sadəcə gözəllik üçün bir neçə dəfə müxtəlif vaza və bankalar lazım olacaq. Bir çox müasir hamam otaqlarının ağappaq görkəmini nəzərə alaraq balaca aksessuarlarda rəngin şüurlu şəkildə istifadəsi böyük əhəmiyyət kəsb edə bilər. Digər aksessuarlarda hər yerdə müşahidə olunan mövzunu və rəngi seçirsinizsə, bu xüsusilə aktualdır. Bu, özlüyündə hamam otağınızı yetərincə dəyişə bilər.

Hamam otağında bəzəklər

Hamam otağınızı təkrar möhtəşəm edin
Üslubun dəyişməsi zamanı gəldi və az səylərlə böyük dəyişikliklərin həyata keçirilməsinə Sizə yardım edəcək 10 sadə tövsiyyəmiz var.

Daha çox oxu

  • Hamam otağının dəyişilməsi üçün ən yaxşı 10 fikir. Problemsiz transformasiya.

  • Öz rahat üslublu ayaqyolunuz haqda hekayə düşünün

  • Hər möhtəşəm hamam otağının arxasında fantastik bir ətir var. Müdrik seçim edin!